Yırtıcı heyvanlar

Yırtıcı heyvanlar / hazırlayan F. Mirzə ; elmi red. E. Əliyev ; ədəbi red.: İ. Quliyev, N. Əliyev. - Bakı : Libra kitab, 2021. - 96 s.

Bu kitab vasitəsilə oxucular dünyamızın 15 vəhşi canlısını daha yaxından tanıyacaqlar. Bu kitabda həm şəkillərlə, həm də sadə izahlarla pələng, şir, canavar, ayı və s. kimi vəhşi heyvanlar, onların həyat tərzləri, təbiətdəki rolları haqqında məlumat verilmişdir. Oxucular bu kitabla gah Amerika qitəsindəki yaquarların, gah da Afrikadakı şirlərin yuvalarına səyahət edəcəklər. Ensiklopediya məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.