Uzuncorab Pippi "Toyuq" villasında

Lindqren, Astrid Anna Emiliya. Uzuncorab Pippi "Toyuq" villasında / A. A.A. Lindqren ; tərc.ed. A. İbrahimov ; rəs. İ. V. Nyman ; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi [et al.]. - Bakı : "Əli və Nino" nəşriyyatı, 2016. - 112 s.

"Əli və Nino" nəşriyyatı İsveç yazıçısı Astrid Lindqrenin əsərlərindən ibarət kitab silsiləsini təqdim edir. Lindqren öz əsərlərində bütün dünyadakı böyükləri və uşaqları ovsunlayan xoşbəxt və son dərəcə cəlbedici sehrli uşaq aləmi yaratmışdır. Bu dahi İsveç ədibin yaradıcılığı bir çox nüfuzlu mükafatlarla təltəf olunmuşdur. A.Lindqrenin kitabları dünyanın 91 dilinə tərcümə olunmuş, 145 milyonu aşan tirajlarla satılmışdır. Mərhəmətli, səxavətli və diribaş olan kürənsaç qızın möcüzəvi səyahətləri və əyləncəli macəralarından bəhs edən maraqlı əhvalatlar... O, atı və meymunu ilə birgə İsveç şəhərciklərindən birinin yaxınlığında, sahibsiz bir imarətdə yaşayır. Onun dostları da var - Tommi adlı bir oğlan, Anika adlı qız. Onlar bütün günü dayanmadan oyunlar oynayır, dəcəllik edir və əylənirlər.