Türk dünyasının göy qurşağı

Türk dünyasının göy qurşağı / Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ; lay. rəhb. L. Şahmuradova ; tərc.ed., red. S. Nuruqızı ; rəs. M. Quluzadə ; dizayner F. İbrahimova. - Bakı : Təhsil, 2021. - 80 s.

Mənim balaca dostum! Türk Dünyası xalqlarının yeddi məşhur və sevimli nağılından ibarət kitab artıq sənin əlindədir. Bu nağıllar səni Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda və Macarıstanda yaşayan uşaqların sehrli dünyası ilə tanış edəcək. Sirlərlə, macəralarla zəngin olan bu aləm bizim qədim adət-ənənələrimizi öyrənməkdə, babalarımızın müdrikliyini görməkdə, yaxşı ilə pisi ayırmaqda sənə yardımçı olacaq. Bu kitabı Azərbaycanın balaca rəssamı Məryəm Quluzadənin çəkdiyi şəkillər bəzəyir. Mən şübhə etmirəm ki, Məryəmin nağıllar dünyasına səyahətə çıxdıqca, bu kitabda tanış olacağın nağıl qəhrəmanları sənin gözlərinin qarşısında canlanacaqdır. Türk xalqlarının nağılları Türk Dünyasının qiymətli sərvətinin yalnız bir hissəsidir. Mən ümidvaram ki, bu nağıllar sənin dünyagörüşünü, kitablara həvəsini artıracaq, səni düşündürəcəkdir.