Şirinin dünyası

 Özel, Nilgün. Şirinin dünyası / N. Özel ; red.: S. Əliyev [et al.] ; nəş. rəh. A. Fidan ; tərc. ed. V. Pənahov ; rəs. M. Tanhu ; qrafik dizayner G. Uysal. - "Çamlıca Çocuk" nəşrləri əsasında. - Bakı : EVEREST, 2023. - 248 s.

Şirin atasına çox diqqətlə qulaq asırdı. Artıq Günəş batmağa başlayır, axşam düşürdü. Atası dənizə atdığı dəmir lövbərin ipini yavaş-yavaş çəkdi. Mühərriki işə salıb sükanın arxasına keçdi. Evə dönmək vaxtı gəlmişdi. Qayıq dənizdə irəliləyirdi. Hava qaralmış, ulduzlar səmanı işıqlandırmağa başlamışdı.Uzaqdan dənizin içində yanıb sönən iki işıq göründü. Bu işıqlar nədir belə, atacan? Onlar mayakdır, qızım. Gecələr dənizdə üzən gəmilərə və qayıqlara yol göstərir. Beləliklə, qaranlıqda gəmilər və balıq ovuna çıxan balıqçılar yollarını itirmirlər.