Saçaqlı qızın pasaqlı gündəliyi

Dombaycı, Nur. Saçaqlı qızın pasaqlı gündəliyi / N. Dombaycı ; red. X. Abdulla ; bur. məsul S. Tağıyev ; tərc.ed. X. Murad ; tərt.ed. X. Danyal. - Bakı : İZ, 2022. - 128 s. 

İstəyirsən ki, küləklə rəqs edən gur saçın olsun? Yaxşı, qızılı saçlı, ayaqqabısını belə başqalarının geydirdiyi şahzadə nağıllarından xoşun gəlir? Əgər belədirsə, qabaqcadan xəbərdar edim ki, YANLIŞ ÜNVANDASAN. Bu, ŞAHZADƏ kimi deyil, PASAQLI (bir azca), öz işini görən, QIZLAR DÜNYASININ QANUNLARINI BAŞDAN YAZAN, çəhrayı rəngə nifrət edən, amma heyvanlar üçün gözünü belə qırpmadan özünü şiddətli zərbə endirilmiş topun qabağına ata biləcək qədər CƏSUR BİR QIZIN gündəliyidir! Ancaq "Şəxsi gündəliyi oxumaq olmaz!" qaydasını bilirsən, düzdür? Nə qədər gözəl olsa belə, bu gündəliyi oxuma! :-D "Saçaqlı qızın pasaqlı gündəliyi"ndə Büş özün kimi olmağın, insanları olduqları kimi qəbul etməyin, dostluğun, cəsarətin, sevginin hekayəsini danışır. İlk baxışdan çılğın, dəlisov, yaramaz uşaqların hekayəsi kimi görünsə də, "Saçaqlı qızın pasaqlı gündəliyi" sevgi və nəzakətin hekayəsidir.