Qoca xəttabıç

Lagin, Lazar. Qoca xəttabıç / L. Lagin ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. L. Məmməd ; tərc.ed., işləyən Y. Kərimzadə. - Bakı : Altun, 2022. - 144 s.

Rus yazıçısı Lazar İosifoviç Hinzburqun ilk qələm təcrübəsi 19 yaşında işıq üzü görməyə başlayıb. Özünə "Lagin" təxəllüsü götürən yazıçıya ən böyük şöhrəti isə 1938-ci ildə "1001 gecə" nağıllarından təsirlənərək yazdığı "Qoca Xəttabıç" nağıl-povesti gətirir. Volka adlı məktəbli çayda təkbaşına çimərkən tapdığı saxsı qabı qədim şeylərlə dolu xəzinə zənn edir. Lakin qabın içindən xəzinə yox, qoca cin çıxır. Bu özünü "böyük qüdrət və şöhrət sahibi" adlandıran Həsən Əbdürrəhman ibn Xəttabdır. Həmin gündən yeniyetmə Volka ilə qoca Xəttabıçın qeyri-adi dostluğu başlayır. Bu dostluq isə bir-birindən ağlasığmaz macəralarla müşayiət olunur və əsər boyunca hər iki qəhrəmanın başına gəlməyən qəribəlik qalmır.