Qədim Misir : 3500 il əvvəl

İsmayılov, Rafiq İsmayıl oğlu. Qədim Misir : 3500 il əvvəl / R. İ. İsmayılov ; ill.: E. Barsotti, E. Cabarov ; red. D. N. Cəfərova. - Bakı : Altun Kitab, 2021. - 24 s.

Siz gələcəkdə dünya tarixi ilə yaxından tanış olacaqsınız. Keçmişdə baş vermiş hadisələr, məşhur şəxsiyyətlərin həyatı haqqında ətraflı məlumatlar alacaqsınız. "Keçmişə səyahət" seriyasından olan bu kitablar isə sizi qədim dövrlərə aparacaq. Siz müxtəlif xalqların həyatına o dövrlərdə yaşamış yaşıdlarınızın gözü ilə baxacaqsınız. İnanırıq ki, bu səyahət sizdə böyük maraq doğuracaq. İndi isə gəlin Qədim Misirə yollanaq. Bu ölkə dünyada elmin və mədəniyyətin beşiyi sayılır. Bu dəfə bələdçimiz Badru adlı balaca oğlan olacaq.