Pəncərəni kim sındırdı?

Yusifqızı, Reyhan. Pəncərəni kim sındırdı? : Hekayələr / R. Yusifqızı ; ill. A. Quliyev. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2020. - 100 s. 

Balaca dəcəllərin macəraları danışmaqla bitən deyil. Hər əhvalat bir hekayə, hər hekayə bir dərsdir. Məsələn, Arximedin də bilmədiyi şey nədir? Yaxud Şəhrizad neçə nağıl bilir və bu nağıllar bitəndə onun başına nə iş gələ bilər? Bəs həyətdə futbol oynayanda qonşunun pəncərəsi qırılsa, mübahisəni necə kəsmək olar? Bəs masanın üstündəki büllur güldanı sındıranda ananın könlünü almaq üçün nə edə bilərsiniz? Balaca oxucular hərdən özlərinin də şahidi və ya iştirakçısı olduqları bu macəralar haqqında oxumaqla çox suala cavab tapa biləcəklər.