Nəğməli, şəkilli riyaziyyat

Rəcəbov, Aydın Məmmədağa oğlu. Nəğməli, şəkilli riyaziyyat : [Ноты] : İbtidai siniflər üçün / A. M. Rəcəbov, S. Nuruqızı, A. O. Rəcəbova ; red. S. Nuruqızı ; bədii red., tex. red. A. Ələkbərov ; dizayn. M. Şimşek. - Bakı : Təhsil, 2017. - 60 s. 

Qədim Yunanıstanda musiqi birbaşa riyaziyyatın,daha doğrusu, hesab elminin tərkib hissəsi hesab edilirdi. İlk dəfə Pifaqor musiqinin əsrarəngizliyini rəqəmlərin köməyi ilə ifadə etməyə çalışmış və buna nail ola bilmişdi. Notların səsli oxunması, emosional yaddaşı gücləndirir. Notların oxunması və not yazısı isə beyinin düşünmə, qavrama qabiliyyətini formalaşdırır, fikir cəmlənir, diqqət lazım gələn nöqtəyə yönəlir. Vəsaitdə onluq dairəsində toplama, vurma, çıxma, bölmə əməlləri musiqinin, poeziyanın, təsviri incəsənətin köməyi ilə öyrədilir.