Kitabları xilas etmək istəyən qız

 Haqerüp, Klaus. Kitabları xilas etmək istəyən qız / K. Haqerüp ; bədii red. İ. Quliyev ; tərt. ed. İ. Abdulla ; tərc. ed. V. Əfəndiyeva ; ill. L. Aysoto. - Bakı : Libra kitab, 2023. - 58 s.

Anna kitabları və kitabxananı sevir. Kitab oxuduğu zaman çoxlu həyatlar və insanlarla tanış olur. Bəs heç kəsin kitabxanadan götürüb oxumadığı kitablara nə olur? Onları məhv edirlər? Bəs kitabların içərisində yaşayanlara nə olur? Onlar da məhv olurlar? Anna kitabları xilas etməlidir. Ancaq necə? Anna dərhal işə başlayır. Görəsən, o, məqsədinə çatacaq?