Kirpi və zəncirotu

Mehrəliyeva, Şəfəq. Kirpi və zəncirotu / Ş. Mehrəliyeva ; ill. Y. Rzayev. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2019. - 28 s.

Müəllif Şəfəq Mehrəliyeva və ABŞ-da yaşayan azərbaycanlı rəssam Yavər Rzayevin birgə yaratdıqları Kirpi obrazı oxumağı yeni öyrənən uşaqlar üçün kitab seriyasının əsas qəhrəmanıdır. “Kirpi və Zəncirotu” adlanan ilk kitabda tikanlarından narazı qalan Kirpinin başına gələnlərdən bəhs olunur. Görünüşü ilə barışmayan balaca qəhrəman bunu dəyişdirməyi arzulayır, lakin dostu müdrik Bayquşun köməyi ilə özünü olduğu kimi qəbul etməyi öyrənir.