Gülərüzlülər məhəlləsi : hekayələr

Ecevit, Mustafa. Gülərüzlülər məhəlləsi : hekayələr / M. Ecevit ; tərc.ed.: Ü. Zeynallı, Elnar Şamilzadə ; red.: A. Cahangirova, V. Pənahov ; rəs. P. Özcan. - Bakı : EVEREST, 2024. - 112 s.

Bizim küçə bu məhəllənin, bu qəsəbənin, bu şəhərin, bəlkə də, bütün ölkənin ən şən insanlarının yaşadığı yerdir. Bilirsiniz niyə? Çünki onlar xoşbəxtdirlər.Niyə xoşbəxtdirlər, bilirsiniz? Çünki xoşbəxt olmağı bacarırlar. Bəs onlar özlərini hər zamanmı xoşbəxt hiss edirlər? Təbii ki, yox. Həyat bütünlüklə xoşbəxtliyin üzərində qurulmamışdır. Həyatımızda zaman-zaman cansıxıcı hadisələr baş verir. Necə deyərlər: "İnsanlar çiy süd əmib, bəzən yaxşı, bəzən də pis olurlar". Bütün bunlar sizə maraqlıdırsa, bizim küçəyə qonaq gəlin və hər şeyi öz gözlərinizlə görün.