Daş dövrü : 40000 il əvvəl

İsmayılov, Rafiq İsmayıl oğlu. Daş dövrü : 40000 il əvvəl / R. İ. İsmayılov ; ill. E. Barsotti ; red. D. N. Cəfərova. - Bakı : Altun Kitab, 2021. - 24 s.

Siz gələcəkdə dünya tarixi ilə yaxından tanış olacaqsınız. Keçmişdə baş vermiş hadisələr, məşhur şəxsiyyətlərin həyatı haqqında ətraflı məlumatlar alacaqsınız. "Keçmişə səyahət" seriyasından olan bu kitablar isə sizi qədim dövrlərə aparacaq. Siz müxtəlif xalqların həyatına o dövrlərdə yaşamış yaşıdlarınızın gözü ilə baxacaqsınız. İnanırıq ki, bu səyahət sizdə böyük maraq doğuracaq. Gəlin əvvəlcə lap qədimə - 40000 il əvvələ gedək. Daş dövründə yaşamış balaca Yoranın həyatı ilə tanış olaq.