Cip və Yanika

Anna Şmit. Cip və Yanika : sevimli dostlar / A. Şmit ; tərc.ed. R. Abbaslı ; rəs. Fip Vestendorp. - Bakı : Qanun, 2018. - 144 s.

 "Cip və Yunika" kitabında holland yazıçısı Anna Şmitin 1953-1960-cı illərdə uşaqlar üçün yazdığı əlliyə yaxın hekayə toplanıb. Ayrı-ayrı hekayələrdən ibarət olsa da, bu, vahid sujetli bütöv bir əsər təsiri bağışlayır. Əsərin əsas qəhrəmanları Cip adlı oğlan və Yanika adlı qızdır. Onlar hələ məktəbə getmirlər, çünki beş yaşları var. Ciplə Yanika qonşudular. Bir yerdə oynayır, yeməyi də çox vaxt bir yerdə yeyirlər. Hərdən mübahisə edir, dalaşıb küsüşürlər, sonra yenə birlikdə oynayırlar. Bəzən də oyuna o qədər aludə olurlar ki, üst-başları tamam islanır, palçığa bulaşır. Paltarları dəyişməli olurlar. Əksər uşaqlar kimi, Ciplə Yanika da səhər yeməyi vaxtı sıyıq yemək istəmirlər. Onlar da şirniyyatı sevir, çox şirniyyat yeyib xəstələndikləri olur. Yarım əsrdən artıq bir vaxt ərzində " Cip və Yanika" holland uşaqlarının dilindən düşmür. Kitab bir çox dünya xalqlarının dilinə çevrilib, özgə xalqların uşaqları da bu kitabı böyük maraqla oxuyurlar. Heç şübhəsiz, "Cip və Yanika" azərbaycanlı uşaqların da xoşuna gələcək.