Boğça

Ələmdar Quluzadə Allahverdi oğlu. Boğça : Şeirlər / Ə. A. Quluzadə ; red. Z. Xəlil. - Bakı : Ozan, 2007. - 108 s.

Təbiət, məhəbbət, insan, narahat dünya, qanlı-qadalı müharibələr, Qarabağ ağrıları mövzularında nəşr etdirdiyi kitablarla geniş oxucu kütləsinin məhəbbətini qazanan, onların marağına səbəb olan Ələmdar Quluzadə uşaqların da sevimlisidir. Ötən əsrin 80 - ci illərindən bəri işıq üzü görən "Tumurcuqlar", "Beş qitənin uşaqları", "Məhləmizin uşaqları" kimi kitabları ilə balaca oxucuların qəlbinə yol tapan şair "Boğça" adlı yeni toplusu ilə balalarımızın görüşünə gəlibdir. Yeni kitabda maraqlı, dəcəl, hazırcavab, yaşlı nəslin dostu şirin-şəkər balalarla tanış olacaq, dadlı-duzlu şeirlərlə baş-başa qalacaqsınız. Əziz balalar, "Boğça"nı açın, üzünüz gülsün, dodağınız qaçsın.