Bayquş canavar : nağıl-povest

Strokina, Anastasiya. Bayquş canavar : nağıl-povest / A. Strokina ; tərc. ed. S. Budaqlı ; red. Mahir N. Qarayev ; rəs. Ş. Fərziyeva. - Bakı : Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2023. - 84 s.
Bir qədər avtobioqrafik səciyyə daşıyan povestin sujeti, Uzaq Şərqdəki hərbi şəhərcikdə yaşayan təyyarəçinin balaca qızının həyat hekayətini özündə ehtiva edir. Uşağın dostu yoxdur, o uzun qütb gecələrində tək-tənha darıxır. Əsərin baş qəhrəmanı fantastik personajla - bayquş canavarla tanış olur və bayquş canavar ona ətraf aləmdən söz açır, böyüklərin cavab verə bilmədiyi suallarını cavablandırır.