Balaca qırmızı balıq

Cavadbəyli, Nazilə. Balaca qırmızı balıq / N. Cavadbəyli ; rəs. T. Quliyeva ; uyğunlaşdıran T. Türksoy ; naşir T. B. Axundov ; red. S. Nuruqızı ; dizayn. M. Sadıqzadə. - Bakı : "Təhsil" , 2022. - 56 s.

Nazilə Cavadbəylinin "Balaca Qırmızı balıq" əsərinin baş qəhrəmanı yer üzünün səssiz və bulanıq gölməçələrindən birində yaşayan milyonlarla balaca, rəngbərəng balıqdan biri - Balaca Qırmızı Balıqdır. Günlərin bir günü Balaca Qırmızı Balığın nənəsi ona Səməd Behrənginin "Balaca Qara Balıq" kitabını oxuyur... Və Balaca Qırmızı Balıq dünyanın ən cəsarətli balığı haqqındakı hekayəni dinləyəndən sonra yaşadığı gölməçədən ayrılıb, böyük dənizlərə çatmaq üçün yola çıxır. Başına bir-birindən qəribə əhvalatlar gəlir. Qəhrəmanlar isə heç nədən qorxmurlar.