Papi: Riyaziyyat öyrənir

Oruclu, Bəhram. Papi: Riyaziyyat öyrənir : 5-6 yaş / B. Oruclu ; baş red. Ə. Hənifəyev. - Bakı : Çinar yayımları, 2022. - 168 s.

Bu vəsait balaca dostlarımıza riyaziyyat fənnini tanıtmaq və sevdirmək məqsədi ilə tərtib olunmuşdur. Tərtibat əsnasında uşaq psixoloqları, metodistlər, tərbiyəçilər və müəllimlərin tövsiyələri diqqətə alınmışdır. Kitab pilot layihə kimi bir qrup şagirdlə birgə işlənmiş və effektivliyi tam sübut olumuşdur. Sizlərdən də xahiş edirik ki, yaxşı nəticə əldə etmək üçün çalışmaların həlli əsnasında çətinlik çəkən şagirdlərə istiqamət verib, onları həvəsləndirə, diqqətlərini cəmləməkdə köməklik göstərəsiniz. Unutmayın, sizin dəstəyiniz olmadan övladınız uğur əldə edə bilməz.