Fotoqrafçı bayquş

Sönməz, Nalan Akdaş. Fotoqrafçı bayquş / N. A. Sönməz ; baş red. S. B. Amanova ; tərc.ed. V. Pənahov ; red.: S. Əliyev [et al.]. - Bakı : Everest Nəşriyyat Evi, 2022. - 32 s.

Balaca Dovşan bu hekayəsində kiçik dostlarını dünya səyahətinə çıxarır. Bu səyahəti rəngarəng edən isə dostu Bayquşun möhtəşəm rəsm əsərləridir. Uşaqlara rəngləri öyrədən digər öyrədici vəsaitlərdən fərqli olaraq kitabda hər bir rəng obrazlı şəkildə işlənmişdir. Yaşıl meşələr,çəhrayıya boyanmış buzlaqlar, bənövşəyi çiçəklər,qəhvərəngli dağlar, mavi dənizlər Bayquşun rəsm qaleriyasını zənginləşdirir. Kitabdakı şəkillərin rəngarəngliyi uşaqlarda gözəl hisslər yaradacaq, onlara rəsmin incəliklərini öyrətməklə yanaşı dünyagörüşlərini də formalaşdıracaq.