Əzizə Cəfərzadə : Biblioqrafiya

Əzizə Cəfərzadə : Biblioqrafiya = Азиза Джафарзаде : Библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt.ed. G. Əfəndiyeva ; elmi red. K. M. Tahirov ; ön söz V. Sultanlı ; red. A. Koçak. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 528 s.

Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi "Əzizə Cəfərzadə" adlı biblioqrafiya Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, ictimai xadim Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr edilmiş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada Əzizə Cəfərzadənin kitabları, dövri mətbuat, dərslik və məcmuələrdə çap olunmuş əsərləri, tərcümələri, həyat və yaradıcılığını əks etdirən materiallar, dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri, həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və yazıçının ev arxivində olan sənədlər öz əksini tapmışdır. Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.