Zəfərə aparan illər 2003-2020

Zəfərə aparan illər 2003-2020 = Years leading to victory / Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, State Statistical Committee of the Republic of Azerbaijan ; şöbə müdiri R. Süleymanov ; icraçı: L. Kərimova [et al.]. - [S. l.] : Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2021. - 436 s.

İqtisadi-siyasi müstəqilliyini tam təmin edən Azərbaycan istənilən meyar parametr üzrə dünya dövlətləri arasında ən qabaqcıl yerlərdə qərarlaşıb. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri ölkəmizdəki sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir. Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan nəinki bölgədə, eləcə də Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilib. Qlobal pandemiya dövründə də Azərbaycanın iqtisadi sahədə irəliləyişləri ölkəmizdə aparılan siyasətin və həyata keçirilən islahatların əhəmiyyətini aydın nümayiş etdirir. 2003-2020-ci illərdə ən müasir hərbi texnika, avadanlıq, silah-sursatla təchiz edilən, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa, qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan ordusu dünyanın ən güclü orduları ilə bir sırada yer almışdır. 2005-ci ildən bu günə qədər bir sıra hərbi təyinatlı müəssisələr işə salınmış və həmin müəssisələrdə artıq 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur.