Xurşidbanu Natəvan : Ədəbi portretlər və şeirlər

Məmmədov, Bəylər Ağalar oğlu. Xurşidbanu Natəvan : Ədəbi portretlər və şeirlər / B. A. Məmmədov ; naşir E. Məmmədov ; ön söz, red. M. Ş. Çəmənli ; dizayn. M. Sadıqzadə. - Baku : Aspoliqraf, 2022. - 208 s. 

Filologiya elmləri namizədi Bəylər Məmmədovun otuz doqquz il öncə çap etdirdiyi bu kitab XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmişdir. Müəllif şairin ədəbi fəaliyyətini və həyatını dövrün ictimai--siyasi hadisələri ilə bağlı təhlil etmiş, Xan qızının gördüyü xeyirxah işləri tarixi faktlarla göstərmişdir. Əsərdə Natəvanın rəhbərlik etdiyi "Məclisi-üns"ün fəaliyyətindən danışılır. Xurşidbanu Natəvanın ədəbi irsinə, şəxsiyyətinə sonsuz məhəbbət bəsləyən Bəylər Məmmədov "Xurşidbanu Natəvan" kitabından sonra şairənin nəsil-şəcərəsinə də diqqət yetirmiş, gərgin axtarışların nəticəsi olaraq 1989-cu ildə "Yazıçı" nəşriyyatında "Natəvanın şair qohumları" adlı yeni bir kitab da nəşr etdirmşdir. Buna görə də məna və məzmun etibarilə bir-birini tamamlayan hər iki nəşr bir kitabda oxuculara təqdim olunur.