Xoşbəxtlik göydən düşmür...

 İsayeva, Nailəxanım. Xoşbəxtlik göydən düşmür... / N. İsayeva ; red. İ. İsaxanlı ; tərt.: A. Qəmbərova, H. İsaxanlı ; rəs. R. Mirəbdülrəhimov. - Bakı : Xəzər Universiteti Nəşriyyatı, 2023. - 170 s.

Bu kitab usta pedaqoq, mahir təhsil təşkilatçısı, istedadlı musiqiçi Nailə xanım İsayevanın müasirlərinə məlum olan parlaq surətini, əvəzsiz xidmətlərini gələcək nəsillərə ötürmək, onun əziz xatirəsini əbədiləşdirmək üçün çap olunur. Kitaba Nailə xanımın dost və həmkarları ilə bərabər, Azərbaycandan və xarici ölkələrdən bir sıra tanınmış təhsil, elm və sənət adamlarının, iş adamları və diplomatların Nailə xanımla bağlı xatirələri daxil edilmişdir.