Vədinə sadiq Prezident

Abduləzimov, Cavanşir. Vədinə sadiq Prezident / C. Abduləzimov ; məsl., ön söz B. Sadıqov ; red. İ. Hüseynli ; bədii red., tex. red. A. Ələkbərov ; fotoq. R. Bağırov. - Bakı : Təhsil, 2006. - 256 s.

Cavanşir Abduləzimovun "Vədinə sadiq Prezident" kitabı cənab ilham Əliyevin ökə rəhbəri kimi uğurlu fəaliyyətinə həsr olunub. Azərbaycan Prezidentinin başçılığı altında ölkəmizdə aparılan sosial-iqtisadi islahatların nailiyyətləri, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, ictimai-siyasi həyatda əldə edilən müvəffəqiyyətlər, qazanılan demokratik irəliləyişlər kitabda konkret faktların timsalında müzakirə edilir, konseptual şərhini tapır. Son illərdə ölkəmizin beynəlxalq miqyasda nüfuzunun dinamik artması, fövqəldövlətlərlə olan strateji əlaqələrini, tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, həmçinin Azərbaycanın bölgənin iqtisadi, hərbi və geosiyasi baxımdan şəriksiz lider dövlətinə çevrilərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə zəmin yaratması barədə kitabda geniş bəhs olunur. Uzun illərdir ki, dövlət strukturlarında rəhbər vəzifələrdə çalışan müəllif fəaliyyəti dövründə müşahidə etdiyi real hadisələr əsasında, ümumilli liderimiz Heydər Əliyevin və onun layiqli varisi cənab İlham Əliyevin peşəkar idarəçilik qabiliyyətləri, yüksək liderlik məharətləri və şəxsiyyət kimi malik olduqları ali mənəvi dıəyərləri barədə obyektiv mülahizələrini kitab vasitəsilə oxuculara çatdırır.