Üzləşmə

Abdullaoğlu, Rövşən. Üzləşmə / R. Abdullaoğlu ; burax. məsul Ş. İxtiyaroğlu ; red. S. Məmmədova ; dizayn E. Babayev. - Bakı : Qədim Qala, 2023. - 264 s.

Mənfi hisslərin ağlına, həyatına hakim kəsilib? Depressiyalar, natamamlıq hissi, ruh düşkünlüyü səni əldən salıb? Qarşılaşdığın problemlərin qaynağını anlamırsan? Yersiz həyəcanlar, daxili baryerlər, komplekslər ailədə, işdə özünü düzgün ifadə etməyinə, sosial mühitə adaptasiya olmağına mane olur? Sıxıntılarından qurtulmaq, həyatını qaydaya salmaq üçün haradan başlamalı olduğunu bilmirsən? Atmalı olduğun ilk addım özünlə üzləşməkdir. Üzləşmə insanın həyatında baş verə biləcək ən önəmli hadisədir. Özünü tanımaq, qəbul etmək, sevmək, inkişaf etdirmək, ətrafını daha yaxşı anlamaq üçün zəruri addımdır. Üzləşmə insanı qorxularının, komplekslərinin, uğursuzluqlarının pərdəarxasına aparır, eyni zamanda güclü cəhətlərini də aşkara çıxararaq bütün bu maneələri aşmağın yolunu göstərir. Üzləşmədən sonrakı insan həyatına nəzarəti öz əlinə alır, ali hədəflərinə, xoşbəxt gələcəyə doğru inamla addımlayır.