Tilli kimi bir qız : Autizmlə böyümək

Beyts, Helen. Tilli kimi bir qız : Autizmlə böyümək / H. Beyts ; tərc.ed. F. Bünyadzadə ; red. F. Hüseynova ; il. E. Li. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2019. - 66 s.

"Helen Beytsin bu gözəl illüstrasiyalı kitabı mütəxəssislərin və tibb işçilərinin həmişə gözdən qaçırdığı autizm spektr pozğunluğundan əziyyət çəkən qızlar, onların cəmiyyət tərəfindən başa düşülməməsi, yaxud yanlış anlaşılması, qəbul edilməməsi ilə bağlı bizə çox şey öyrədəcək. Bu kitab sayəsində autizm spektr pozğunluğundan əziyyət çəkən qızlar tək olmadıqlarını görəcək, həmçinin valideynləri və ətrafdakılar da onları daha yaxşı anlamağa və fərqliliklərini qəbul etməyə çalışacaq". "Təsirli rəsmlər və həqiqəti əks etdirən mətnlə insanı düşünməyə vadar edən bu hekayə autizmli qızların dünyasına yeni və zəruri bir baxış gətirəcək. Bu ibrətamiz kitab həm öyrədici, həm maarifləndirici, həm də cəsarət vericidir. Kitabı mütləq oxuyun, sonra da başqaları ilə paylaşın.