Şuşa günəşinin poetik portreti

Şuşa günəşinin poetik portreti : Xurşidbanu Natəvana həsr edilən şeirlər və poemalar / lay. rəhb., ön söz S. Vəliyeva ; toplayan, tərt.ed., red. F. Hüseyn ; fars dil. tərc.ed. N. Məhəmməd ; dizayn. M. Əliqızı. - Bakı : Zərdabi Nəşr, 2022. - 288 s.

"Kaspi" Təhsil Şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gələn bu kitab "Şuşa ili" münasibətilə işıq üzü görüb. Kitaba bu il 190 illik yubileyi olan görkəmli şairə Xurşidbanu Natəvana həsr edilən şeirlər və poemalar, habelə "Xan qızı" bulağına və güllələnmiş büstlərə yazılan poetik nümunələr toplanıb.