Şəki-bayramlar və ənənələr şəhəri

Usubov, Elxan. Şəki-bayramlar və ənənələr şəhəri / E. Usubov, C. Feyziyev ; elmi məsl. Y. M. Mahmudov (Mahmudlu) ; red. Z. Cavadova ; dizayn. T. Səlimov. - Bakı : Şərq-Qərb, 2013. - 263 s. 

Bildiyiniz kimi 2012-ci il iyun ayının 30-dan iyulun 4-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərimizdə "İpək yolu" III Beynəlxalq Musiqi Festivalı və "Şəki Xan Sarayı"nın 250 illik yubileyinə həsr olunmuş böyük bayram tədbiri keçirilmişdir. Şəkidə bəşər sivilizasiyasının möhkəm təməl sütunları, zəngin tarixi-mədəni kökləri vardır. Şəki Azərbaycanın, həm də dünyanın ən qədim şəhərlərindən biridir.