Relslər üzərinə uzanmış adam : psixoloji roman

Abdullaoğlu, Rövşən. Relslər üzərinə uzanmış adam : psixoloji roman / R. Abdullaoğlu ; burax.məsul Ş. İxtiyaroğlu ; red.: S. Məmmədova, K. Hacıyeva ; res. N. Kamal. - 13-cü nəşr. - Bakı : Qədim Qala, 2023. - 424 s.

Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziyyət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan bu şəxs xilas yolunu intiharda görür. Beləliklə də o, relslər üzərinə uzanaraq ölüm qatarının gəlməsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı olaraq məhz relsləri seçməsi də səbəbsiz deyildir. Relslər üzərində ölüm qatarını gözləyərkən onun yanına intihar ucun daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş onun həyatını tamamilə dəyişəcəkdir. Bu yad insanla o, bir-birlərinə daxili cəhənnəmlərinin qapısını açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Sonda o yad insan onu həyatının ən mühüm və dəhşətli seçimi qarşısında qoyur. Özü də bir deyil, bir neçə amansız seçim…