Qızıl Külçələr : varlıqdan ismarışlar

Oşo. Qızıl Külçələr : varlıqdan ismarışlar / Oşo ; ing. dil. tərc.ed. S. M. Gültən ; red. H. Bəxtiyar. - Bakı : Qanun, 2017. - 180 s. 

Özünüzü mühakimə etməkdənsə, özünüzü bütün çatışmayan cəhətlərinizlə, səhvlərinizlə, uğursuzluğunuzla birgə qəbul edin. Özünüzdən kamil olmağı tələb etməyin! Bu, mümkün olmayan bir şeyi xahiş etməyə bənzəyir. Hisslərinizi ittiham etməyin! Hissiyat insanlara bəxş olunmuş ən gözəl nemətdir. Hissiyyat bədənin süzgəcindən keçən şüurdur. itaətsizlik ən böyük inqilabdır. İtaətkarlıq heç bir intellekt tələb etmir. Bütün maşınlar itaətkardır. Hələ heç kim itaət etməyən maşın haqqında eşitməyib.