Qeyrət təcəssümü

Səxavətqızı, Manya. Qeyrət təcəssümü / M. Səxavətqızı. - Bakı : Təhsil, 2022. - 232 s.

Kitab tarixi öz səhifələrində yaşadır. Kitab dünənlərdən bu günlərə, bu günlərdən sabahlara birləşən ən gözəl bağdır. Tarix yazan qəhrəmanlar elə kitabların sayəsində tarixdə qalırlar. Şəhid Məmmədov Toğrul Səyyad oğlunun 28 illik ömründən və o qısa ömürdə yazdığı qəhrəmanlıqdan bəhs olunan, 232 səhifədən ibarət "Qeyrət təcəssümü" adlı kitab gələcək nəsillərə bir örnək olacaq kitabdır. Vətən qeyrətini hər şeydən üstün tutan bu qəhrəmandan bəhs olunan kitabı yazmaq da, oxumaq da şərəfdir. Çünki hər sətirdən vətən sevgisi duyulur, şəhid qoxusu gəlir.