Qarabağ müharibəsi : zərif talelər : sənədli hekayələr və portret yazılar

Məhərrəmli, Zemfira. Qarabağ müharibəsi : zərif talelər : sənədli hekayələr və portret yazılar / Z. Məhərrəmli ; rəy., ön söz: C. Bəhramov, M. Süleymanov ; red. X. Rza ; tex. red. M. Qaraxanova ; rəs. Ədalət ; fotoq.: H. Babayev, Ə. Qasımov. - Bakı : CBS, 2018. - 496 s. 

Azərbaycan qadınının şərəfli qəhrəmanlıq tarixi var və Qarabağ müharibəsində döyüşən qızlarımız bu tarixə yeni səhifələr yazıblar. Yazıçı-publisist Zemfira Məhərrəmlinin bu kitabı xalqımızın azadlıq mücadiləsinə, erməni işğalçılara və onların havadarlarına qarşı hərb qovğasında kişilərlə çiyin-çiyinə döyüşən qadınlarımızın şücaətinə həsr olunub. Müəllif kitabda Qarabağ müharibəsi qurbanlarının - məşəqqətli əsirlik həyatına məhkum olmuş azərbaycanlı qız-gəlinin ağrı-acılı taleyindən də bəhs edir. Kitabda toplanan, müxtəlif illərdə qələmə alınmış yazılar Qarabağ savaşı ilə üz-üzə qalan zərif talelər haqqında bəzən sevindirən, qürurlandıran, bəzən isə ürək göynədən hekayətlərdir. Z.Məhərrəmli qanlı-qadalı illərdə qələmi ilə döyüşən həmkarlarını - xanım jurnalistləri də unutmayıb, onların haqqında portret yazılarını kitaba daxil edib.