Qərbi Azərbaycan Həqiqətləri

Mərdanov, Misir Cumayıl oğlu. Qərbi Azərbaycan Həqiqətləri: Qaraqoyunlu dərəsinin Göyərçin və Salah kəndləri / M. C. Mərdanov ; red. F. Şiriyev ; naşir T. B. Axundov. - Bakı : Təhsil, 2022. - 528 s.

Kitabda Qərbi Azərbaycan həqiqətləri, bu torpaqların ayrılmaz parçası olan Qaraqoyunlu dərəsində uzun yüzilliklər yaşamış soydaşlarımızın məşğuliyyəti, adət-ənənələri, mətbəxi, elm və təhsil uğurları, onlara qarşı dəfələrlə törədilmiş erməni vəhşilikləri haqqında yazılır. Burada Qaraqoyunlu dərəsinin tarixi, toponimləri, oykonimləri, tanınmış şəxsləri, görkəmli alimləri, məktəbləri, təbiəti, florası, faunası, özünəməxsus cəhətləri, həmçinin Göyərçin və Salah kəndlərində yaşamış tayfalar, ailələr, şəxslərin siyahısı və digər məlumatlar da verilmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab siyasətçilər, tarixçilər, filoloqlar və regionun reallıqlarını öyrənmək istəyən digər mütəxəssislər üçün dəyərli mənbə ola bilər.