Övladımızın gizli kabusu-bullinq

Oudmayer, Kristin. Övladımızın gizli kabusu-bullinq / K. Oudmayer ; red. İ. Quliyev ; tex. red. N. Əliyev ; norveç dil. tərc.ed. V. Əfəndiyeva. - Bakı : Libra kitab, 2021. - 172 s.

Bu kitab sırf şəxsi təcrübə əsasında elmi-kütləvi dildə yazılmışdır. Bu sahədə Azərbaycan dilinə tərcümə edilmiş ilk kitablardan sayılır. Kitab orijinaldan, yəni Norveç dilindən tərcümə edilmişdir. Əsərdə bullinqin mahiyyəti, əlamətləri və növləri, nəticələri və aradan qaldırılma yolları ilə bağlı fikirlər irəli sürülmüşdür. Bullinq qurbanlarının və törədənlərin mənəvi-psixoloji vəziyyəti araşdırılmış, bullinqlə mübarizədə dəyərli tövsiyələr səsləndirilmişdir. Ümid edirik ki, kitabı oxuyan hər bir oxucu bullinqin necə ciddi problem olduğunu görəcək, uşaqların dünyasını daha yaxından anlayacaq və istər-istəməz köməyə tələsəcəkdir. Kitab əsasən müəllimlər, valideynlər, psixologiya və pedaqogika ixtisaslarının tələbələri üçün nəzərdə tutulmuşdur.