Nizami Gəncəvi: Biblioqrafik göstərici

Nizami Gəncəvi: Biblioqrafik göstərici : AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda olan materiallar əsasında = Низами Гянджеви: Библиографический указатель : На основе материалов сохраненных в фонде Центральной научной библиотеки НАНА = Based on materials preserved in the fund of the Central Scientific Library of ANAS / Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana ; ön söz R. Mehdiyev ; red. M. Əliyev ; tərt.ed.: Ş. Tahirqızı [et al.]. - Bakı : Elm , 2021. - 264 s.

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən mütəfəkkir şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş biblioqrafik göstəriciyə Mərkəzi Elmi Kitabxananın fondlarında qorunub saxlanan Nizaminin kitabları, dövri mətbuatda və məcmuələrdə nəşr olunmuş əsərləri, şairin həyat və yaradıcılığını əks etdirən materiallar toplanmışdır. Biblioqrafik göstərici ədəbiyyatşünaslar, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.