Natəvan hekayələri

Cəfərzadə, Əzizə Məmməd qızı. Natəvan hekayələri / Ə. M. Cəfərzadə ; bur. məsul Ə. Aslanoğlu ; red. T. ibrahimov ; tex. red.: N. Fazil [et al.] ; dizayn. H. Abdullayev. - Bakı : Mimta Yayınları, 2022. - 168 s. 

Kitabda Əzizə Cəfərzadənin şairə, rəssam və xeyriyyəçi Xurşidbanu Natəvan (1832-1897) haqqında hekayələri yer almışdır. Müəllif bu hekayələrdə Xan qızı Natəvanın yaşadığı dövrü, Şuşa və Ağdamda keçən həyatını canlandırmış, eyni zamanda milli adət-ənənələri, xalqımıza aid yüksək əxlaqi dəyərləri özünəməxsus üslubda əks etdirmişdir. Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə tədbir və nəşrlərin həyata keçirilməsi sərəncamını əsas alaraq çap edilmişdir.