Mən aləmlərə üsyan etmiş zərrəyəm

Abdullaoğlu, Rövşən. Mən aləmlərə üsyan etmiş zərrəyəm / R. Abdullaoğlu ; burax. məsul Ş. İxtiyaroğlu ; red. S. Məmmədova ; dizayn E. Babayev. - 3-cü nəşr. - Bakı : Qədim Qala, 2023. - 200 s.

Əgər məndən soruşsanız ki, “həbs düşərgəsində əldə etdiyin ən böyük təcrübə nədir?”. Mən deyərəm ki, “biz insanı indiyə kimi heç bir nəslin tanıya bilmədiyi, görə bilmədiyi bir halda tam çılpaqlığı ilə tanıdıq”. “Bəs sənin tanıdığın bu insan əsl mahiyyəti ilə kimdir və sən onu necə tanıdın?” desəniz, deyərəm ki, “Bu insan hər an qərar qəbul edən azad iradəli bir varlıqdır. O insan hər bir şəraitdə son qərarı özü üçün saxlayır, son qərar həmişə onundur. "Üsyan" Günəş altında yer uğrunda deyil, düzgün yaşamın sirləri uğrunda mübarizə aparan müasir insanın kitabıdır. Səadətə aparan üsyan hansıdır? Hadisələrin pərdəarxasında gizli olan həqiqətlər, zaman-zaman daxilinizi bürüyən mənəvi böhran və bütün aləmə yönəlmiş üsyan hissinin səbəbləri sizin üçün qaranlıqdırsa, həyatınızın ən önəmli tədqiqatına başlamaq üçün "Üsyan" kitabı ən doğru seçimdir.