Lütfi Zadə-100: Biblioqrafiya

Lütfi Zadə-100: Biblioqrafiya = Lotfi A. Zadeh : Bibliography = Лютфи Заде : Библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt. ed. L. Şirinova ; ön söz M. Mərdanov ; elmi red. K. Tahirov ; red. E. Nəciyev. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 608 s.

Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tətbiq etdiyi "Lütfi Zadə" biblioqrafiyası dünya şöhrətli alim, qeyri səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyinə həsr edilmiş biblioqrafiyadır. Biblioqrafiyada görkəmli alimin əsərləri, həyat və yaradıcılığına aid zəngin materiallar toplanmış, həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, habelə alimin dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapmışdır. Biblioqrafiya riyaziyyat, kibernetika, informatika, hesablama texnologiyası ilə məşğul olan alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.