I Beynəlxalq Rəsulzadə qiraətləri

I Beynəlxalq Rəsulzadə qiraətləri = The I International Readings in Memoriam of M.E. Rasulzade = I Международные чтения, посвященные М.Э.Расулзаде / "Rəsulzadə ev-muzeyi" İctimai Qrupu ; nəşrə hazır., red. S. Rüstəmova-Tohidi ; rəs.: R. Rəsulzadə, R. Gülməmmədli ; dizayn. Ə. Zaliyev. - Bakı : Təhsil, 2022. - 672 s.

Kitabda "Beynəlxalq Rəsulzadə Qiraətləri. M.Ə. Rəsulzadə irsi Demokratiya, Müstəqillik və Dövlətçilik dəyərləri sistemində" adı altında iki ildən bir keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar silsiləsindən 2020-2022-ci illəri əhatə edən "I Beynəlxalq Rəsulzadə Qiraətləri"nin materialları toplanmışdır. 11 ölkədən 40 nəfər alim və tədqiqatçının elmi və publisistik məqalələrindən, eləcə də sənəd təqdimatı-araşdırmalarından ibarət olan kitabın 5 bölümündə M.Ə.Rəsulzadənin ictimai, siyasi və dövlət xadimi kimi fəaliyyəti, milli modern dövlət quruculuğu konsepsiyası, Azərbaycançılıq ideologiyası, Demokratiya, Azad Cəmiyyət, Vətəndaşlıq, İnsan haqları anlayışları, Qafqaz birliyi, Türk birliyi və d. məsələlərə dair ideoloji, siyasi, ictimai, dini baxışları, İran, Türkiyə, Ukrayna və Avropa ölkələrində siyasi-ictimai hadisələrə münasibəti və d. məsələlər araşdırılır, Azərbaycan dili, ədəbiyyatına dair fikirləri, Nizami Gəncəvi haqqında əsəri, mədəni irs, millət, dövlət və mədəniyyət anlayışlarına kulturoloji baxışları tədqiq olunur. Kitabda həmçinin Rəsulzadənin şəxsiyyətinin, həyat yolunun, ailə münasibətlərinin və yaradıcılığının müasir dövr Azərbaycan Cəmiyyəti üçün bir dəyər olaraq qiymətləndirilməsinə dair elmi-publisistik məqalələr, müxtəlif dövrlərdə həyatı və siyasi fəaliyyətinə aid az məlum olan, yaxud yeni aşkar edilmiş sənədlərin surətləri tədqiqatcıların şərhləri və ayrıca mətnləri ilə birlikdə təqdim olunur, M.Ə.Rəsulzadənin mühacirət dövrü Türkiyə və Almaniya nəşr etdirdiyi kitab və jurnalların orijinal nüsxələrinin fotoları nümayiş etdirilir. Kitab XX əsr Azərbaycan tarixinin və M.Ə. Rəsulzadə irsinin tarixi, siyasi, fəlsəfi, hüquqi, eləcə də dil, ədəbiyyat, mədəniyyət, publisistika baxımından öyrənilməsinə və araşdırılmasına maraq göstərən geniş oxucu dairəsi üçün nəzərdə tutulur.