Hisslərin tərbiyəsi : Bir gəncin əhvalatıı

Flober, Qustav. Hisslərin tərbiyəsi : Bir gəncin əhvalatıı / Q. Flober ; fransız dil. tərc.ed. Ç. Vəliyeva. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2022. - 604 s.

"Hisslərin tərbiyəsi" romanı təhsil almaq, təzə həyata başlamaq, karyera qurmaq üçün 1840-cı ildə əyalətdən Parisə yollanan on səkkiz yaşlı gəncdən – Frederik Moronun həyatından bəhs edir. Frederik hələ Parisə çatmamış dəniz səfərində ilk məhəbbətini tapır. İlk baxışdan vurulduğu bu qadın – madam Arnu otuz yaşlarında ərli bir xanımdır. Frederik romantik, xəyalpərvər qəhrəmandır. Paris mühitinə düşən gənc oğlan bu şəhərdə incəsənət və siyasət aləmi ilə tanış olur, özünə təzə dostlar tapır. Qəhrəmanın hissləri əsər boyunca dolğunlaşır, kamilləşir, başqa sözlə, cəmiyyət onun hisslərini "tərbiyələndirir", ümidləri pu. olur, xəyalları pərən-pərən düşür. "Hisslərin tərbiyəsi" yazıçının avtobioqrafik əsəridir. Frederik isə bir gəncin yox, Parisi fəth etmək arzuları ilə bu nəhəng şəhərə gələn, cəmiyyətə öz qanunlarını diktə etmək istəyən, amma Parisin fəth etdiyi bütöv bir nəslin obrazıdır.