Heykəltaraş İbrahim Zeynalov : Albom-monoqrafiya

Heykəltaraş İbrahim Zeynalov : Albom-monoqrafiya / mətnin müəl. C. Novruzova ; rəs. A. Xmelevskiy. - Bakı : Pioner, 1998. - 76 s.

İbrahim Zeynalov tarixi şəxsiyyətlərimizin, o cümlədən Mücirəddin Beyləqaninin, Əcəmi Naxçıvaninin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək mədəniyyət tariximizə həmişəlik həkk etmişdir. Yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilən bu əsərlər Azərbaycan heykəltəraşlığının kamil nümunələri kimi təqdirəlayiqdir. Respublikamızın müxtəlif guşələrini bəzəyən həmin abidələr artıq şəhər və rayonlarımızın görkəminin ayrılmaz hissəsi olmuşdur. Harada işləməsindən və hansı vəzifəni tutmasından asılı olmayaraq, İbrahim Zeynalov milli mədəni irsin təbliği, tədrisi və qorunmasında qüvvə və bacarığını əsirgəməmiş, özünün zəngin bilik və təcrübəsini gənc sənətkarlar nəslinin yetişdirilməsi işinə sərf etmişdir. Azərbaycanda milli heykəltəraşlıq məktəbinin inkişaf etdirilməsində İbrahim Zeynalovun böyük xidmətləri olmuşdur. Onun monumental heykəl, büst-portret və digər heykəltəraşlıq janrlarında yaratdığı gözəl sənət əsərləri ölkəmizin zəngin ənənələrə malik heykəltəraşlıq mədəniyyətinin parlaq səhifələrindəndir.