Hər bir insan hökmdardır

Abdullaoğlu, Rövşən. Hər bir insan hökmdardır / R. Abdullaoğlu ; burax. məsul Ş. İxtiyaroğlu ; red. K. Hacıyeva ; red . Ü. Məmmədova. - 6-cı nəşr. - Bakı : Qədim Qala, 2022. - 184 s.

Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir...Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır.