Eşqin izi ilə : Səfərnamə

Qədirova, İradə Ağabağır qızı. Eşqin izi ilə : Səfərnamə / İ. Qədirova ; bur. məsul Ə. Aslanoğlu ; red. L. Məmmədov ; tex. red.: Z. Həmzəyeva [et al.] ; dizayn. M. Əziz. - Bakı : Mimta Yayınları, 2023. - 272 s.

Bu səfərnamə ölkələrin, şəhərlərin hekayələri ilə bərabər, həm də insanların hekayəsidir. Hekayəçiniz isə gözləri sadəcə zahirə deyil, ənginliklərə baxan, "gözəl görməyin savabı"nı dərk edib hər şeydə bir gözəllik axtaran, eşqin izinə düşüb diyar-diyar dolaşan səyyah-fotoqraf İradə Qədirovadır. Yol qədər yoldaşın da önəmli olduğunu vurğulayan səyyah dünyamızı şəhər-şəhər gəzərək bizi bir-birindən maraqlı talelərlə, ölkələrin və insanların hekayələri ilə tanış edir. Bu ölkələri, şəhərləri, insanları tanıdıqca anlayırıq ki, insan öz həyat hekayəsinin müəllifi olmalıdır və bu hekayəni elə yazmalıdır ki, orada sevgi baş qəhrəman olsun...