Eşq sultanı

Cəfərzadə, Əzizə Məmməd qızı. Eşq sultanı : roman / Ə. M. Cəfərzadə ; bur. məsul S. Ramizoğlu ; red. Ə. Aslanoğlu ; tex. red.: N. Cəfərzadə [et al.] ; dizayn H. Abdullayev. - Bakı : Mimta Yayınları, 2023. - 216 s. 

“Eşq sultanı” romanı Əzizə Cəfərzadənin son əsəridir. Romanda Azərbaycanın böyük şairi Məhəmməd Füzulinin ömür yolu fərqli bir üslubda qələmə alıb. Ə.Cəfərzadə bu əsərini Füzuli yaradıcılığının mayası olan eşq mövzusu üzərində ərsəyə gətirib.Yazıçı eşqin bəşəri sevginin duyğu qatından ilahi sevginin qüdsi məqamına ucalma yolunu ifadə etməklə böyük ustadın eşq dünyasının sirlərini açmağa çalışıb. Romanda M.Füzuli türk dünyasının böyük söz ustadı kimi dövrünün bir çox tanınmış şəxsiyyətləri ilə görüşdürülür. Bu görüşlər fonunda aparılan söhbətlərdə eşq şairinin kamil şəxsiyyəti tərənnüm edilir.