Dünya ədəbiyyatından gənc oxuculara 30 seçmə hekayə

Dünya ədəbiyyatından gənc oxuculara 30 seçmə hekayə / bur. məs. Ə. Aslanoğlu ; red. L. Məmmədov ; tərc. ed. N. Cəfərzadə ; tərt. ed. N. Cəfərzadə ; tex. red.: V. Mirzə [et al.] ; dizayn H. Abdullayev. - Bakı : Mimta Yayınları, 2023. - 200 s.

Dünya ədəbiyyatından 30 seçmə hekayə kitabımızı özündə mütaliə vərdişi formalaşdırmaq istəyən yeniyetmə və gənc oxucularımızı düşünərək hazırladıq. Bu topluda Şərq, Qərb və türk xalqları ədəbiyyatından seçdiyimiz bir-birindən maraqlı və fərqli hekayələr oxuyacaqsınız. Kitabda istər klassik, istərsə də müasir yazıçılardan Lev Tolstoy, O.Uayld, S. Əli, X.Cibran kimi məhşur ədiblərlə yanaşı, eyni zamanda, ölkəmizdə çox da tanınmayan K.Sinkler, X.Valera, C.Kannedi, N.Qiymətdinova, C.Saatov və digər hekayə ustalarının da seçilmiş hekayələri yer alır. Fantastik, realist, romantik janrda olan bu hekayələrin hər biri oxucunu gah sevindirir, gah duyğulandırır, gah da dərin düşünməyə vadar edir. Kitab daha çox yuxarı yaşlı məktəblilər və gənc oxucular üçün nəzərdə tutulsa da, ümumi oxucu kütləsinin də marağını cəlb edəcək xüsusiyyətdədir...