Dünya, barışmışam səninlə

Əsgərova, Zöhrə Qulam-Hüseyn qızı. Dünya, barışmışam səninlə / Z. Q.H. Əsgərova ; red. L. Məmmədova ; tex. red. R. Nizamiqızı ; dizayn. K. İbrahimov. - Bakı : Elm və Təhsil, 2020. - 192 s.

Yazıçı-publisist Zöhrə Əsgərova oxucular arasında daha çox mədəniyyət sahəsi ilə bağlı araşdırmaları, elmi-populyar yazıları ilə tanınır. "Talelərə yazılan musiqi", "Tarixi yaddaş və qondarma əhvalatlar", "Odisseya", "Korablya durakov", "Zdes proletel angel" adlı kitabları və başqa esseləri oxuculara yaxşı tanışdır. "Dünya barışmışam səninlə" kitabında müəllifin fəlsəfi düşüncələri, mənsur şeirləri və xatirələrində yaşayan unudulmaz sənətkarlar haqqında yazılar, rəylər toplanmışdır. Müəllif insanın cəmiyyət qarşısında vəzifələrini, şəxsiyyətin yetişməsi üçün sağlam mühitin vacibliyi haqda dərin, bəşəri fikirlərini bədii şəkildə oxucularla bölüşür. Yazıçı bəşəriyyətin gələcək taleyi üçün çox narahatdır. Zöhrə Əsgərovanın yaradıcılıq axtarışları davam edir. "Dünya, barrışmışam səninlə" adlanan yeni kitabın əsas məziyyəti ondan ibarətdir ki, onun qəhrəmanları öz həqiqətinin axtarışında, əqidəsi uğrunda mübarizə əzmindədirlər.