Doktor Ceykl və mister Haydın qəribə əhvalatı

Stivenson, R. L. Doktor Ceykl və mister Haydın qəribə əhvalatı: [ingilis dilindən tərcümə] / R. L. Stivenson; tərc. ed. M. Əsgərov; il. E. Sallivan. - Bakı: Teas Press, 2018. - 136 s. : il.

Yazıçının üç günə yazıb bitirdiyi kitab dünya ədəbiyyatının şah əsərlərindən biri hesab olunur. İlk dəfə 1886-cı ildə çap olunub və böyük uğur qazanaraq kütləvi tirajla satılıb. Əsərin motivləri əsasında 130-a qədər film çəkilib. İnsanın daxilindəki yaxşılıq və pislik daimi müharibə vəziyyətindədir. Hər insanın daxilində bir şeytan yatır. Əsərin qəhrəmanı Doktor Ceykl həmin şeytanı maddiləşdirməyə çalışır və bunu bacarır. Bu kiçik həcmli əsərin içinə nələr yerləşə bilər? Baxaq: fantastika, qorxu, həyəcan, cinayət, insan mənəviyyatının incəliklə çəkilmiş portreti, fəlsəfi-psixoloji izahlar və maraqlı süjet.