Dəhnamə : filoloji çevirmə

Xətai, Şah İsmayıl. Dəhnamə : filoloji çevirmə / Ş. İ. Xətai ; rəy.: Ş. K. Sadiq [et al.] ; naşir, red. S. Şahmursoy ; red. N. Hüseynov ; tex. red.: Bəxtiyar, A. Paşayeva ; dizayn. G. Hacıyeva ; ön söz X. Yusifli . - Bakı : XAN , 2021. - 116 s.

Səfəvilər dövlətinin banisi və ilk şahı, şair Şah İsmayıl Xətainin yazdığı "Dəhnamə" ("On məktub") əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır. 1506-cı ildə Azərbaycan dilində qələmə alınan bu poema bütövlüklə 1532 beytdən ibarətdir. Bu kitabda ilk dəfə olaraq Xətainin "Dəhnamə" və "Nəsihətnamə" əsərlərinin filoloji (nəsrlə) çevrilməsi yer alıb. Kitab əsasən Xətaişünaslıqla məşğul olanlar, ali məktəb tələbələri, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.