Cavad xan oğlu Uğurlu xanın hekayəti

Zauroğlu, Müzadil. Cavad xan oğlu Uğurlu xanın hekayəti : hekayət / M. Zauroğlu ; məsl. M. Yunus ; bur. məsul S. Ramizoğlu ; red.: Ə. Aslanoğlu, Z. Şahsevənli ; tex.red.: A. Əziz, F. Qədimova ; tex. red. Ü. İbrahimova ; dizayn. M. Əziz ; Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu. - Bakı : Nurlar, 2021. - 184 s.

Kitabda Azərbaycan tarixinin ən mübariz hökmdarlarından olmuş, öz mücadiləsi uğrunda şəhadətə ucalmış Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın həyat və mübarizə yolundan bəhs olunur. Müəllif öz əsərini arxiv materialları əsasında ərsəyə gətirmiş, 23 ildən artıq uzun müddət ərzində nəhəng çar imperiyasına qarşı mübarizə aparan Uğurlu xanın bədii obrazını mənbələr işığında yarada bilmişdir. Xüsusən gənc nəsildə vətənpərvərlik və mübarizlik ruhunun formalaşması baxımından əsərin böyük əhəmiyyəti vardır.