Çərşənbə axşamınadək qız tapıldı

Beybi, Ketrin. Çərşənbə axşamınadək qız tapıldı / K. Beybi ; tərc.ed. S. M. Gültən. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2017. - 354 s.

...Bleyk toy gecəsinin necə olacağı haqda fikirləşməmişdi. O, lüks bir hoteldə otaq sifariş vermişdi, həmin axşam taxtda tək yatdı, arvadı isə ondan bir-iki metr aralıdakı yataq otağında yuxuya getmişdi. O, kilsədəki öpüşdən hələ doymamışdı. Atasının vəkillərini inandırmaq üçün Samantanı öpmüşdü, sanki rol oynayırdı. Ancaq Samanta ilə birlikdə kilsədən çıxandan sonra bu rolunu təzədən oynamaq, təzədən təkrar etmək istəyirdi. Samantanın gözlərindəki parıltı, onun gözlərinə baxanda qızarması o demək idi ki, o da özünü eynilə Bleyk kimi hiss edir. Lənət şeytana, Bleyk bu hissləri özündən uzaqlaşdırmalı idi. Müqavilə ilə evləndiyi arvadına qarşı oyanan ehtirası içində boğmalı idi. Həmişə üzünə gülümsəyən, məşuqələri barədə sorğu-suala tutan arvadı onun içindəkiləri hiss etməməli idi. Hələ ilk dəfə Samantanın firmasına gedəndə onun dediyi "siz evləndiyiniz qadınla sevişməyəcəksiniz" sözlərini yadına saldı. Qərara gəldi ki, xanım Harrisondan tezliklə uzaqlaşmalıdır, yoxsa ehtirasını boğa bilməyəcəkdi. Bleyk üstünə örtdüyü adyalı kənara atıb Samantanın otağındakı işığın yanmasını gözlədi. O, artıq Londondakı ofisinə guya ilk baxışdan vurulduğu qızla tez-tələsik etdiyi toy barədə xəbər vermişdi...”